Ukrayna Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında daha bir Ka-52 helikopterini məhv ediblər.
Elchi.az xəbər verir ki, bunu Ukrayna ordusunun Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat deyib.
“Səhər şad xəbərlə başlayır. İşğalçıların daha bir Ka-52 helikopteri ordumuzun zenit-raket qüvvələri tərəfindən vurulub. Eyni zamanda, yüksək dəqiqlikli Xa-101 sinifli 6 raketdən 5-i məhv edilib. Onlar Tu-95 təyyarələri vasitəsilə Xəzər dənizinin şimalından atılıb”, – o bildirib.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...




