Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Kiyev rejimi öz xalqına çoxlu bəlalar gətirib.
Elchi.az xəbər verir ki, Ukrayna xalqı indiki Kiyev rejimi ilə nə edəcəyini düşünməlidir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
“Ukrayna xalqı öz rejimi ilə nə edəcəyini düşünməlidir. Aydındır ki, Kiyev rejimi Ukrayna xalqına çoxlu bəlalar gətirib”, – Kremlin rəsmi nümayəndəsi Ukraynada keçiriləcək seçkiləri şərh edərkən deyib. Parlament seçkiləri oktyabrın 29-na, prezident seçkiləri isə 2024-cü ilin yazında planlaşdırılırdı.
Peskov izah edib ki, Rusiya öz məqsədlərini həyata keçirmək barədə düşünür və Ukrayna xalqı öz gələcəyini düşünməlidir.
Bundan əvvəl Dmitri Peskov xüsusi hərbi əməliyyatın (SVO) bütün məqsədlərə çatana qədər davam edəcəyini bildirmişdi. O, həmçinin vurğulayıb ki, xüsusi əməliyyatın İsrail ətrafında cərəyan edən hadisələrlə heç bir əlaqəsi yoxdur.
Şayəstə Hüseynova





