“Əgər həftələr ərzində deyil, günlər içərsində ehtiyacımız olduğu silahları ala bilməsək bizim daha çox vətəndaşlarımız həlak olacaq, şəhərlərimiz dağıdılacaq”.
Elchi.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İralandiyanın xarici işlər və müdafiə naziri Saymon Kovenlə Kiyevdə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Mariupolda vəziyyət çox ağırdır: “Şəhər blokadadır, biz dəqiq informasiya ala bilmirik. Humanitar dəhlizlər vasitəsilə mümkün qədər daha çox vətəndaşımızı xilas etməyə çalışırıq”, ukraynalı nazir bildirib.






