Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan isveçli muzdlu silahlı münaqişə zonasında öldürülüb. Elchi.az xəbər verir ki, “SVT” bu barədə İsveç Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
“İsveçli Ukraynadakı döyüşlərdə həlak oldu. İsveç Xarici İşlər Nazirliyi həmin şəxsin təxminən 30 yaşında olduğunu təsdiqləyib”, – məlumatda deyilir.
Nəşrin qeyd etdiyi kimi, İsveç vətəndaşı Sveland əsilli idi, Xarici İşlər Nazirliyi onun ölümü ilə bağlı yaxınlarını xəbərdar edib.
Qeyd edək ki, bundan əvvəl İspaniya Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmüş vətəndaşın Ukraynada öldüyünü açıqlanıb. Hadisə ilə bağlı ispaniyalı muzdlu ispaniyalının ailəsinə məlumat verildiyi, səlahiyyətlilərin mərhumun qohumları ilə əlaqə saxladığı dəqiqləşdirilib.
Havar Şəfiyeva






