
Mariupol şəhərinin yaxınlığında yerləşən Şirokino qəsəbəsində separatçılar və Ukrayna ordusu arasında döyüşlər baş verib.
Avropa.info xəbər verir ki, bu haqda şəhər sakinləri məlumat yayıb. Şirkonoda mərmilərin partlayış səsi eşidilir, atışma gedir.
Ukrayna ordusundan bildiriblər ki, Mariupol üçün təhlükə yoxdur. Atışma zamanı iki əsgər yaralanıb.



