Xəbərdarlıqlar saat 07:57-də daxil olmağa başlayıb.
Elchi.az xəbər verir ki, Poltava, Dnepropetrovsk, Xarkov və Sumı vilayətlərində hava həyəcanı elan edilib. Bu barədə Ukraynanın əhalini xəbərdar edən resursundan məlum olub.
İlk hava hücumu xəbərdarlığı saat 07:57-də gəlməyə başladı. Dörd bölgə ilə yanaşı, Donetsk Xalq Respublikasının bölgələri və Kiyevin nəzarətində olan Zaporojye vilayətində də həyəcan təbili çalıb.
Xatırladaq ki, Rusiya Federasiyası Silahlı Qüvvələri 2022-ci il oktyabrın 10-dan, Ukrayna xüsusi xidmət orqanlarının iştirakı müəyyən edilən Krım körpüsündə terror aktından iki gün sonra Ukraynanın kritik infrastrukturuna zərbələr endirir.
Şayəstə Hüseynova




