Ukraynanın Xerson vilayətində yerləşən, lakin rusların nəzarətində olan Kaxovka Su Elektrik Stansiyası (SES) bombalanaraq dağıdılıb.
Elchi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Yuğ” operativ komandanlığının mətbuat katibi Vladislav Nazarov bildirib ki, Rusiya ordusu Xerson vilayətində Kaxovka bəndinə hücum edib.
“Nazarov” sosial şəbəkə hesabında açıqlama verib: “İşğalçı rus qoşunları Kaxovskaya su elektrik stansiyasını partladıblar. Dağıntının miqyası, suyun sürəti və həcmi, mümkün daşqın zonaları dəqiqləşdirilir. Bütün xidmətlər işləyir. Vəziyyət nəzarətdə saxlanılır”.
Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin də sosial şəbəkədəki hesabında daşqın təhlükəsi ilə üzləşən Dnepr çayının sağ sahilinin sakinlərinin təxliyə olunacağını bildirib.
Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak sosial şəbəkədəki hesabında Kaxovka SES-dəki vəziyyətlə bağlı açıqlama verib.
Prezident Vladimir Zelenskinin hadisə ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasını toplayacağını bəyan edən Yermak: “Bu, ekoloji qırğındır. Ruslar Xerson vilayətinin cənubunda və Krımda içməli sudan məhrum olmağa, bəzi yaşayış məntəqələrinin və biosferin dağıdılmasına görə məsuliyyət daşıyacaqlar”.
Nuranə Məmmədova




