Ukraynada müharibədə həlak olan uşaqların sayı 108-ə çatıb.
“Ukrinform” xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, martın 17-si səhər saatlarına olan məlumata görə, 108 uşaq həlak olub, 120-dən çox uşaq yaralanıb.
Partlayışlar və mərmilər 411-dən çox təhsil müəssisəsinə ziyan vurub, onlardan 63-ü tamamilə məhv edilib.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün olan 11-dən çox tibb müəssisəsinə və üç reabilitasiya mərkəzinə ziyan dəyib.
Baş Prokurorluq bildirilib ki, aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.
Martın 16-da Mariupolda əsasən qadın və uşaqların sığındığı minə yaxın dinc sakinin olduğu Regional Dram Teatrına Rusiya qüvvələri hava zərbələri endirib. Mariupolda atışma davam etdiyi üçün qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil. Qurbanlar arasında uşaqların olması barədə ilkin məlumatlar var.





