"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ukraynada qiyam: “Dnepr” futbolçularını milliyə buraxmadı

25 Mart 2015 - 15:28
in İDMAN

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

“İqor Kolomoyski sahibi olduğu “Dnepr” klubunun futbolçuları vasitəsi ilə siyasi hakimiyyətə təzyiq göstərməyə cəhd edir”

“Dnepr” klubunun futbolçuları Ukrayna millisinin martın 31-də Latviyaya qarşı keçiriləcək yoxlama oyununda iştirakdan imtina ediblər.
Qol.Az-ın xəbərinə görə, bu haqda Ukrayna mətbuatı məlumat yayıb.
Millinin baş məşqçisi Mixail Fomenko jurnalistlərə açıqlamasında bildirib ki, onlara Premyer Liqadan müraciət olunaraq xahiş edilib ki, “Dnepr”in futbolçularının Latviya ilə oyunun heyətindən çıxarılmasına razılıq verilsin. Bildirilib ki, millinin yoxlama oyunu ilə əlaqədar təqvimdə ölkə kubokunun 1/4 finalının təxirə salınmış “Çernomorets” – “Dnepr” matçını keçirmək üçün yaxşı imkan yaranıb.
“Biz bu müraciətə müsbət cavab verdik. Axı, “Dnerp”li futbolçular yoxlama oyununa gəlməyəcək. Rəsmi matç olsaydı, başqa məsələ” – deyə Fomenko bildirib.
Qeyd edək ki, milliyə bu dəfə “Dnepr”dən altı  futbolçu çağırılıb. Bunlar qapıçı Denis Boyko, müdafiəçi Artem Fedetski, yarımmüdafiəçilər Ruslan Rotan, Yevgeni Konoplyanka, Roman Bezus və hücumçu Roman Zozulyadır.
Ukrayna jurnalistləri və futbol dairələrinə yaxın şəxslər isə əslində mediaya deyilənlənlərin həqiqəti əks etdirmədiyini bildiriblər. İddia olunub ki, “Dnepr” rəhbərliyinin təzyiqindən sonra futbolçular milliyə buraxılmayıblar. Məsələ burasındadır ki, son günlər “Dnepr”in prezidenti, oliqarx İqor Kolomoyski ilə Ukraynanın siyasi rəhbərliyi arasında biznes maraqlarına görə ciddi problem yaranıb. Eksperlər bildiriblər ki, məhz bu məsələyə görə Kolomoyski sahibi olduğu “Dnepr” klubunun futbolçuları vasitəsi ilə hakimiyyətə təzyiq göstərməyə cəhd edir. Bu dəfə o, “Dnepr”in futbolçularından su-istifadə edərək onların milliyə getməsinə qarşını alıb. Məşqçi heyəti və oyunçular isə klub prezidentindən çəkindiklərinə görə tələbi yerinə yetirmək məcburiyyətində qalıblar.
“Sizcə, bu addım milli komanda üçün tələ deyilmi” – deyə ukraynalı jurnalistlərdən biri “Dnepr”in baş məşqçisi Miron Markeviçə sual ünvanlayıb. O isə cavabında bildirib ki, “Dnepr” tərəfdən milliyə hansısa tələ qurulmayıb.
“Təqvimdə boş vaxt var və biz də buna görə “Çernomorets”lə oyunu keçirmək istəyirik. Bunu bizə Premyer Liqa təklif etdi. Biz də razılıq verdik” – deyə baş məşqçi bildirib.
Ukrayna millisinin sabiq hücumçusu İvan Qetsko isə deyib ki, “Dnepr”li futbolçular böyük ehtimalla klub rəhbərliyinin təzyiq ilə bu addımı atmaq məcburiyyətində qalıblar.
“Hesab edirəm ki, indi Ukrayna Futbol Federasiyası “Dnepr” rəhbərliyi ilə danışıqlar gedib vəziyyəti düzəltməyə çalışacaq. Əks halda bu gün qeyri-rəsmi oyundan imtina edənlər, sabah rəsmi oyundan da boyun qaçıracaqlar” – deyə o bildirib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Havanın hərarəti 16 dərəcəyədək yüksələcək

Next Post

Obama NATO baş katibi ilə görüşdən imtina edib?

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Obama NATO baş katibi ilə görüşdən imtina edib?

Əsəd rejimi İordaniya ilə sərhədi tamamilə itirdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.