"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ukraynada separatçılar səfərbərlik elan edib

19 Fevral 2022 - 13:16
in DÜNYA

Separatçı “Donetsk və Luqansk Xalq Respublikaları”nın 1,1 mindən çox sakini Rusiyanın Rostov vilayətinə gəlib. Rostov vilayətinin qubernatorunun birinci müavini İqor Quskov vilayətin təxminən 12 min nəfəri qəbul etməyə hazır olduğunu bildirib.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yeddi avtomobil, iki dəmir yolu və yeddi piyada keçid məntəqəmiz var. Fevralın 19-u saat 01:30-da buraxılış məntəqələrindən 1 157 nəfər, o cümlədən 363 uşaq keçib”, – vitse-qubernator deyib.

Quskov qeyd edib ki, rəqəmlər ildırım sürəti ilə dəyişir: “Biz 11 829 nəfəri qəbul etməyə hazırıq. Bu gün Rostov vilayətinin ərazisində 549 nəfər, o cümlədən 182 uşaq hərəkət edir. Nəzarət-buraxılış məntəqələrində nəqliyyat vasitələrini müəyyən etmişik, onların sayı 48-dir. Müvəqqəti yaşayış məntəqələrinə ümumilikdə 373 nəfər yerləşdirilib, onlardan 177-si uşaqdır”.

Donbasdan olan qaçqınlar Rostov vilayətindən başqa daha 7 rayona göndərilə bilər. Bu barədə isə bu gün Rusiya fövqəladə hallar nazirinin müavini Viktor Yatsutsenko bildirib.

“Rusiyanın 7 regionu qaçqınları qəbul etməyə hazırdır. Bunlar Krasnodar diyarı, Kursk, Voronej, Belqorod, Oryol, Bryansk və Moskva vilayətləridir”, – o vurğulayıb.

Beləliklə, Moskva vilayəti 10 minə qədər, Krasnodar diyarı isə 20 minə qədər insanı qəbul edə bilər.

Donbasda vəziyyətin ciddi şəkildə gərginləşməsi fonunda cümə günü separatçı “DXR” və “LXR” əhalinin Rusiyaya getməsini təşkil etdiklərini elan ediblər. Rostov vilayətinin qubernatoru Vasili Qolubev federal mərkəzdən kömək istəyib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə bölgəyə gələn qaçqınların hər birinə 10 min rubl ödəniləcək, fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan və “Rospotrebnadzor”un rəhbəri Anna Popova bölgəyə gəliblər.

Ukrayna hökuməti isə yaranmış vəziyyətlə əlaqədar yaşayış yerlərini tərk edən Donetsk və Luqansk sakinlərini Kiyevin nəzarəti altında olan ərazilərə köçməyə çağırıb. Hökumətdən həmin şəxslərin hər cür yardımla təmin olunacağı bildirilib.

Onu da qeyd edək ki, separatçı “DXR” rəhbəri Denis Puşilin və separatçı “LXR” rəhbəri Leonid Paseçnik ümumi səfərbərlik elan edib.

Səfərbərlik Ukrayna hökuməti tərəfindən separatçı “LXR”-ə qarşı hücumun dəf edilməsinə şərait yaratmaq məqsədilə elan edilib. Fərman “LXR” Xalq Milis hissələrinin, digər hərbi və xüsusi təyinatlı birləşmələrin tam döyüş hazırlığına gətirilməsini, habelə onların döyüş vaxtı heyətinə uyğun kadr təminatının təmin edilməsini nəzərdə tutur. Separatçı “LXR” rəhbəri həmçinin 18 yaşdan 55 yaşa qədər kişilərin respublikadan kənara çıxmasına qadağa qoyub.

Ukrayna mətbuatının Birləşmiş Qüvvələrin Baş Qərargahının mətbuat mərkəzinə istinadən verdiyi məlumatına görə, son sutka ərzində separatçı “LXR” və “DXR” tərəfindən Ukrayna Silahlı Qüvvələrinin mövqeləri 66 dəfə atəşə tutulub.

“Son sutka ərzində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən 66 qanun pozuntusu qeydə alınıb, onlardan 52-si Minsk razılaşmaları ilə qadağan edilmiş silahlardan istifadə etməklə olub”, – məlumatda deyilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Makronun Putin və Zelenski ilə telefon danışığı olacaq

Next Post

Bayden Putinin Ukraynaya müdaxiləyə qərar verdiyini deyib

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Bayden müraciətə hazırlaşır: Böhran dünyanı bürüyür…

Bayden Putinin Ukraynaya müdaxiləyə qərar verdiyini deyib

Argentinada yanğınlar 800 min hektar meşə və bataqlıq ərazisini məhv edib

Argentinada yanğınlar 800 min hektar meşə və bataqlıq ərazisini məhv edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.