Arxa Ukrayna bölmələrindən də Qərb silahları oğurlanıb.
Elchi.az xəbər verir ki, LPR-nin ehtiyatda olan polkovnik-leytenantı Andrey Maroçko öz mənbələrinə istinadən bildirib ki, Ukrayna hərbi prokurorluğu sursat və silahların oğurlanması faktı üzrə bir neçə cinayət işi açıb.
Söhbət Ukrayna Silahlı Qüvvələrinin Krasnolimanski istiqamətində yerləşən arxa bölmələrindən Qərb istehsalı da daxil olmaqla döyüş sursatlarının oğurlanmasından gedir.
Onun sözlərinə görə, bu bölmələrdə bir neçə silah-sursat oğurlanması faktı aşkarlanıb. Oğurluq hadisəsi səfərbər olanlar bölməyə gələn zaman üzə çıxıb. Onların kifayət qədər silah və sursatları yox idi.
“Hazırda Ukraynanın hərbi prokurorluğu hərbi əmlakın oğurlanması ilə bağlı cinayət işi açıb”, – Maroçko bildirib.
Şayəstə Hüseynova





