Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Prezident
Administrasiyasına, baş prokurora və daxili işlər nazirinə müraciət edib.
Konqresdən APA-ya verilən məlumata görə, müraciətdə 26 iyul 2014-cü ildə keçmiş deputat, Poltava vilayətinin Kremençuq şəhərinin meri, iş adamı milliyyətcə azərbaycanlı olan Oleq Babayevin qətlə yetirilməsindən və bunun son 3 ayda Ukraynada ikinci tanınmış azərbaycanlıya qarşı sui–qəsd olmasından ciddi narahatlıq ifadə olunub.
Müraciətdə bu ilin mayın 14-də BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevə eyni şəkildə sui-qəsdin törədilməsi, onun təsadüf nəticəsində sağ qalması xatırladılıb və qeyd olunub ki, bu hadisələr bəzi qüvvələr tərəfindən son vaxtlar ölkədə tanınmış, fəal azərbaycanlılara qarşı təqiblərin sayının artdığını göstərir:
“Oleq Babayevin öldürülməsi ilk hal deyil. Nəzərə alsaq ki, təxminən iki ay əvvəl Rövşən Tağıyevə də silahlı basqın olub, bu o deməkdir ki, biz azərbaycanlılar növbəti belə bir sui-qəsdin azərbaycanlıya qarşı törədilməyəcəyinə əmin deyilik. Ukrayna dövlətinin inkişafında daim fəal olan azərbaycanlılar bu məsələnin ciddi nəzarətə götürülməsini və baş verən cinayət hadisələrinin tezliklə araşdırılıb, cinayətkarların cəzalarına çatmasını istəyirik”.
AzNews.az
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....



