Ukraynanın paytaxtı Kiyevdə nasist-sovet müharibəsinin xatirəsinə ucaldılmış Milli Tarix Muzeyindəki Vətən abidəsinin qalxanından sovet gerbi götürülüb. Vətən abidəsinin qalxanında Sovet gerbinin əvəzinə Ukrayna tridenti (Ukrayna gerbi) yerləşdiriləcək.
Elchi.az xəbər verir ki, Heykəyə cavabdeh olan İkinci Dünya Müharibəsi Ukrayna Tarixi Milli Muzeyinin baş direktoru Yuri Savçuk yerli mətbuata bildirib ki, qurumun elmi şurası “bir sıra mühüm qərarlar” qəbul edib.
“Onlardan biri Vətən abidəsinin adının dəyişdirilərək “Ukrayna-Ana” abidəsi ilə dəyişdirilməsi idi”, – deyən məmur bu addımın 24 avqust ölkənin Müstəqillik Gününə qədər Mədəniyyət Nazirliyi tərəfindən rəsmən təsdiqlənəcəyini gözlədiyini bildirib.
Savçuk bu qərarı daha geniş bir prosesin bir hissəsi kimi təsvir etdi, onun sözlərinə görə, abidənin sovet gerbinin dəyişdirilməsi, heykəlin və muzeyin adının dəyişdirilməsi yeni ümumi imici əks etdirəcək.
Dnepr çayının üzərində ucalan, 102 metr hündürlüyündə olan Vətən abidəsinin sağ əlində 16 metr uzunluğunda qılınc, solunda isə sovet gerçəsi, oraq-çəkiclə bəzədilmiş qalxan var.
1981-ci ildə Ukrayna əsilli Sovet lideri Leonid Brejnev tərəfindən açılışı edilən heykəl dünyanın ən hündür beşinci heykəli və ölkənin ən hündür abidəsidir.
Şayəstə Hüseynova




