Rusiya Ukraynanın paytaxtı Kiyevi hədəfə alıb. Hücumlar zamanı 5 nəfər yaralanıb. Rus muzdlu dəstəsi Vaqner, Bəhmutun böyük ölçüdə ələ keçirildiyini və 2,7 kilometrlik zonanı Ukraynanın əlində saxladığını iddia edib. Ukrayna isə Rusiya ordusunun mayın 9-na kimi Bəhmutu ələ keçirməyi planlaşdırdığını açıqlayıb.
Elchi.az xəbər verir ki,Ukraynanın paytaxtı Kiyev yenidən Rusiya hücumlarının hədəfi olub. Hücumlarda 5 nəfərin yaralandığı bildirilib.Kiyevin iki hava limanından biri olan Juliany hava limanında vurulan Rusiyaya məxsus pilotsuz təyyarənin düşdüyü açıqlanıb.
Zərərçəkmiş daha bir pilotsuz uçuş aparatı mənzilə düşüb. Odessa şəhərində də ərzaq anbarına ziyan dəyib.
Nuranə Məmmədova




