ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter Reporterfy Media və Travel “YouTube” kanalında Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinin taleyindən danışıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Çürümüş cəsədlər hər yerdədir, sözün əsl mənasında torpağı örtür və bu cəsədlər basdırılmır, itki sayılmır, sadəcə yalan danışırlar. 60-80 min ukraynalı əsgər itkin düşüb” deyən o, Kiyevin yaralı əsgərlərini döyüş meydanında buraxdığını bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri onları xilas etmək üçün heç bir cəhd göstərmir.
Qeyd edək ki, bundan əvvəl Luqansk Xalq Respublikasında Ukrayna hərbçiləri arasında itkilərdən danışıblar. Qeyd olunur ki, APU-nun Krasnolımansk istiqamətində qarşısıalınmaz itkiləri artır.
Havar Şəfiyeva





