Ukraynada müharibənin başlamasından sonra bu ölkədən Polşaya 1,9 milyon qaçqın daxil olub.
CNN-in xəbərinə görə, bu barədə Polşanın sərhəd xidmətinin məlumatında bildirilib.
BMT-nin məlumatında görə, hərbi əməliyyatların başlamasından sonra Ukraynanı ümumilikdə 3 milyon nəfər tərk edib və onların böyük əksəriyyəti Polşa, Rumıniya, Moldova, Macarıstan və Slovakiyaya üz tutub.
Qeyd edək ki, müharibədən öncə Ukrayna əhalisinin sayı 43 milyon nəfər təşkil edib.






