Ukrayna Rusiya tərəfindən terrorizmlə mübarizə konvensiyasının pozulması ilə bağlı Avropa Məhkəməsində daha bir iddianın qaldırılması proseduruna başlayıb.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə dekabrın 9-da baş nazir Arseniy Yatsenyuk hökumətin iclasında bildirib.
“Biz bununla iddianın verilməsinə başlamışıq. Rusiya terrorçuluğu maliyyələşdirir. Buna görə cavab verməlidir” – deyib hökumət başçısı.
Baş nazir təcavüz nəticəsində yaranan itkilərlə görə də Rusiyaya qarşı bir neçə iddia qaldırıldığını xatırladıb.
“Beləliklə, Avropa Məhkəməsində insan haqları ilə bağlı baxılan iki iddiamıza baxılması davam edəcək və effektli şəkildə yekunlaşacaq. Milli təhlükəsizlik təkcə əldə silahla yox, həm də məhkəmələr vasitəsilə qorunur”, – deyə o, qeyd edib.



