Polşa, Macarıstan və Rumıniya Ukrayna taxılının yeni marşrutlar üzrə daşınması xərclərini təkbaşına ödəməkdən imtina edib və təkid edirlər ki, Avropa İttifaqı Rusiyanın taxıl sazişindən çıxması kontekstində məhsul ixracı planlarına yenidən baxmalıdır. Elchi.az xəbər verir ki, bu barədə “Politico” yazır.
Qəzetin qeyd etdiyi kimi, taxılın ixracı taxılın dəmir yolu və avtomobil nəqliyyatı ilə daşınmasının baha olması ilə çətinləşir. Bundan əlavə, respublikanın infrastrukturuna investisiyalar tələb olunur.
Kiyev taxıl müqaviləsi ilə bağlı problemləri etiraf edir. Litvanın təklif etdiyi planda da çətinliklər aşkarlanıb: yerli rəsmilər bildiriblər ki, Baltik limanları Ukraynanın kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın tranziti üçün etibarlı alternativ rolunu oynaya bilər. Eyni zamanda, Litva özünə, Ukraynaya isə daşımalara görə təzminat istəyib.
Qeyd edək ki, Moskva iyulun 17-də digər tərəfləri müqaviləni pozmaqda ittiham edərək taxıl müqaviləsini tərk edib.
Havar Şəfiyeva




