Elchi.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəsini tərk edərək Almaniyaya gələn ukraynalı qaçqınların 26 faizi orada daimi olaraq həyatlarını davam etdirmək istəyir.
Müharibə səbəbiylə Almaniyaya gələn ukraynalı qaçqınların vəziyyətini araşdıran Almaniya Federal Miqrasiya və Qaçqınlar İdarəsinin araşdırma mərkəzi və Alman İqtisadi Araşdırmalar İnstitutu başda olmaqla bir çox qurumun hazırladığı hesabat Berlində açıqlanıb.
11 mindən çox ukraynalı qaçqının iştirak etdiyi araşdırma hesabatında Almaniyaya gələn yetkinlərin yüzdə 80-nin qadın olduğu, onların yüzdə 77-nin isə həyat yoldaşı olmadan ölkəyə gəldiyi qeyd edilib.
Şayəstə




