
Pyotr Poroşenkonun saytında yerləşdirilən petisiyada ukraynalılar “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonu ölkədən qovmaq üçün imza toplayırlar.
Avropa.info xəbər verir ki, virtual sənədi imzalayanlar Poroşenkodan onu Latın Amerikasına, ən yaxşısı Hondurasa sürgünə göndərməyi xahiş edirlər.
Sənəddə ironiyasız qeyd olunur ki, Timoşenkonun “narıncı inqilablar” sahəsində təcrübəsi böyükdür və bu təcrübə tropik cəngəllikdə işə yaraya bilər.
Sıravi ukraynalıların fikrinə görə, Timoşenkonun Hondurasa səfir təyin olunması vəziyyətdən ən yaxşı çıxış yoludur.
Xatırladaq ki, “Batkivşina” partiyası artıq parlament koalisiyasından çıxmaq ərəfəsindədir. Timoşenko hökuməti tez-tez korrupsiya əməllərində tənqid edir.



