"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ukraynanı dağıdan QRU polkovniki: “Kakoy-nibud Surət Hüseynov…”

16 Fevral 2015 - 21:46
in XƏBƏR LENTİ

img1747104Əvvəlcə Krımda, daha sonra Donbasda diversiya əməliyyatlarına başlayaraq Ukraynanı dağıdan QRU polkovniki İqor Strelkov (Girkin) fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs razılaşmasının ömrünün uzun olmayacağını deyib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Virtualaz.org saytı xəbər verir ki, Strelkov “Rosbalt”a müsahibəsində müharibəni ancaq “Kiyevi faşistlərdən azad edəndən sonra” dayandırmağın mümkünlüyünü bildirib, həmçinin Azərbaycandan da misal gətirib və qiyamçı keçmiş baş nazir Surət Hüseynovun adını çəkib.
“Bütün bu danışıqlar, əldə edilən razılaşma hərbi planda hər hansı nəticəyə səbəb ola bilməz. Orada diqqəti cəlb edən yeganə hal o oldu ki, Vladimir Vladimiroviç sülhün əldə edilməsi naminə çox ciddi güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirdi. Lakin hesab edirəm ki, razılaşmanın əsas şərtinə – atəşkəsə Ukrayna tərəfi əməl etməyəcək və nəticədə əldə olunmuş bütün razılaşmalar avtomatik olaraq pozulacaq”- deyə QRU diversantı bildirib.
Xatırladaq ki, Strelkov ötən ilin avqustuna qədər “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” olub, daha sonra naməlum səbəblərdən geriyə – Moskvaya çağırılıb. Hazırda o, əsasən Ukraynada baş verənlərə dair siyasi şərhlərlə çıxış edir.
İqor Strelkov
Strelkovun sözlərinə görə, müharibə hələ öz pik nöqtəsinə çatmayıb və hələ heç kim bunu dərk etmək istəmir. O, hər iki tərəfin müharibəyə cəlb etdiyi qüvvələrin artdığını, Ukraynanın əvvəlcə Donbası, daha sonra Krımı geri qaytarmaq niyyətindən əl çəkməyəcəyini deyib.
QRU polkovnikinin fikrincə, ötən ilin payızında Rusiya rəhbərliyi tərəfindən çox ciddi səhvlərə yol verilib. Birincisi, “Novorossiya”nın Rusiyaya birləşdirilməsi imkanı əldən buraxılıb, ikincisi, hücum əməliyyatları dayandırılıb və Kiyevdəki “xunta”nı devirmək şansı qaçırılıb.
Strelkov deyib ki, Ukrayna tərəfinin atəşkəs razılaşmasına əməl etməyəcəyinə tam əmindir. Nəticədə Donetsk və Luqanskın rəhbərləri də analoji addım atmalı olacaq.
QRU polkovniki 4 ay əvvəl Minskdə əldə edilmiş birinci razılaşmanın şərtlərinin heç vaxt yerinə yetirilmədiyini, Ukrayna ordusunun “Qrad”larla, toplarla, tanklarla cavab verdiyini deyib: “Bəs əminlik haradandır ki, bu dəfə onlar nəsə edəcəklər və silahları geri çəkəcəklər?”
Strelkovun sözlərinə görə, o, müxtəlif keyfiyyətlərdə cəbhədə olmuş adam kimi deyə bilər ki, əgər döyüşən tərəflərdən heç biri özünü uduzmuş hesab etmirsə, onları ayırmaq üçün sülhməramlılar qismində üçüncü qüvvə lazımdır. Minsk razılaşmasında isə sülhməramlılar haqda heç nə deyilmir və deməli, bu razılaşmanı yerinə yetirmək texniki baxımdan mümkün deyil.
“Döyüşü davam etdirməyə hazır olan adamlar həmişə tapılacaq, xüsusən də Ukrayna tərəfindən”- Strelkov bildirib.
QRU polkovniki artıq Ukrayna batalyonlarından birinin komandiri Yaroşun atəşkəsə əməl etməyəcəyinə dair açıqlama verdiyini xatırladıb.
Strelkovun sözlərinə görə, Kiyevdə dövlət çevrilişi nəticəsində formalaşmış indiki hakimyyət qaldıqca müharibə bu və ya digər formada davam edəcək: “Ancaq Ukraynanın bu hakimiyyətdən azad edilməsindən və yeni hakimiyyətin formalaşmasından sonra hansısa sərhədlərdən, məsələn, Ukrayna ilə Novorossiya, yaxud Qərbi Ukrayna ilə Novorossiya arasında sərhədlərdən danışmaq olar”.
Surət Hüseynov 1993-cü il qiyamından sonra
QRU polkovniki qondarma “Luqansk və Donetsk xalq respublikalarında” silahlı müxalifətin meydana çıxması imkanlarından da danışıb. O, təsdiq edib ki, hər iki qondarma “respublikada” rəhbərliyə qarşı çıxan silahlı qruplar mövcuddur. Buna baxmayaraq Donetskdə müxalifət hesab edilənlərin hamısı vahid ordunun tərkibindədir, onların müxalifətçiliyi sözlü tənqid formasındadır.
Strelkov bu zaman Azərbaycandan misal gətirib: “Hərbi işdə əgər söhbət səhra komandirlərinin etiraz çıxışlarından gedirsə, bu, o deməkdir ki, hansısa Surət Hüseynov kimi tankın üstünə çıxıb çıxış edirlər. Sadəcə olaraq tənqid etmək isə etiraz hərəkəti deyil, narazılığın ifadə olunmasıdır. Donetskdə isə mən belə etiraz çıxışı edəni tanımıram”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək

Next Post

Polis əməliyyatı: Bakıya giriş bağlanır – (Video)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Polis əməliyyatı: Bakıya giriş bağlanır - (Video)

Uorlik Əliyevlə nədən danışıb? - (Video)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.