Rusiya hərbçiləri Donetsk vilayətinin Liman şəhərini tamamilə məhv edib.
Elchi.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin Milli Polisi məlumat yayıb.
Liman meri Aleksandr Juravlevin sözlərinə görə, şəhər tamamilə işğal olunub. Hazırda limanda qaz, su və işıq yoxdur.
“Orada 7,5 minə yaxın sakin var. Onları evakuasiya etmək mümkün deyil”, – Juravlev qeyd edib.






