Senator Kardin: Ukrayna ağır vəziyyətdədir və təcili yardıma ehtiyacı var.
Elchi.az xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Cardin bildirib ki, Ukrayna çıxılmaz vəziyyətdədir və Vaşinqtonun dəstəyinə İsraildən daha çox ehtiyac duyur.
“Etiraf edək ki, Ukrayna çıxılmaz vəziyyətdədir və onların dərhal köməyə ehtiyacı var”, – senator “New Yorker”ə deyib. Siyasətçi aydınlaşdırıb ki, İsrail özünü müdafiə etmək qabiliyyətinə malikdir, Kiyev üçün isə ABŞ-ın dəstəyi “daha vacibdir”.
Eyni zamanda senator vurğulayıb ki, İsrailə dəstək də vacibdir və ABŞ əmin olmalıdır ki, o, müdafiə üçün lazım olan hər şeyi ona verir.
Məşhur amerikalı teleaparıcı və jurnalist Taker Karlson hesab edir ki, Kiyev rejiminə dəstək dayandırılmalıdır. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi yalnız Kiyevin qalib gəlmək şansının olmadığı münaqişənin uzanmasına gətirib çıxarır.
Şayəstə Hüseynova





