Bütün ərazilərdə siqnallar səslənib.
Elchi.az xəbər verir ki, çərşənbə axşamı, aprelin 4-də bütün Ukraynada hava hücumu xəbərdarlığı qüvvədədir. Bunu ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritələri də təsdiqləyir.
Əvvəlcə Ukraynanın yalnız iki regionunda – Çerniqov və Sumıda həyəcan siqnalları verilib, bundan sonra artıq Kiyevdə hava hücumu xəbərdarlığı eşidilib.
Onlayn xəritəyə əsasən, siqnal ölkənin regionlarında saat 12.38-dən 12.43-dək eşidilib, vaxt Moskva ilə üst-üstə düşür.
Xatırladaq ki, aprelin 3-ü bazar ertəsi Ukraynanın Dnepropetrovsk, Kirovoqrad və Poltava vilayətlərində hava həyəcanı elan edilib.
Aprelin 2-də səhər tezdən Dnepropetrovsk, Poltava, Sumı və Xarkov vilayətlərində siqnallar eşidilib.
Şayəstə





