Ukrayna faktiki, müflis vəziyyətdədir. Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bunu ölkənin Litva əsilli yeni iqtisadi inkişaf və ticarət naziri
Ayvaras Abromaviçus iqtisadi siyasət məsələləri üzrə komitənin iclasında söyləyib.
Ayvaras Abromaviçus iqtisadi siyasət məsələləri üzrə komitənin iclasında söyləyib.“Dövlət böyük hesabla müflisdir. Ona görə də gözləmək ki, biz deklarativ yox, real stimul proqramları qəbul edəcəyik, bu, sadəcə, qeyri-mümkündür” – deyib nazir. Onun fikrincə, indi əsas məsələ biznesə mane olmamaqdır.
Nazir hesab edir ki, hazırda Ukraynanın qaz-nəqliyyat sisteminə xarici sərmayələrin cəlb olunması məsələsi həll olunmalıdır. Az öncə “The Economist” jurnalı Ukrayna və Venesuelanı müflisləşməyə əsas namizədlər adlandırmışdı. Nəşrin bildirdiyinə görə, gələn ilin sonu üçün Ukrayna 9 milyard, 2016-da daha 5 milyard, 2017-ci ildə isə 8 milyard dollar ödəməlidir. Ukraynanın valyuta ehtiyatı isə cəmi 16 milyarddır.



