Eyni zamanda Zelenskinin bundan xəbəri ola bilməzdi.
Elchi.az xəbər verir ki, ABŞ-da Ukrayna xüsusi xidmət orqanlarından birinin Kremlə pilotsuz təyyarə hücumunun təşkilində iştirak etdiyi güman edilir. Bu barədə məlumatlı mənbəyə istinadən The New York Times qəzeti yazıb.
Eyni zamanda, Amerika kəşfiyyatında bunu hansı xüsusi xidmətin təşkil etdiyi barədə məlumat yoxdur və Ukrayna prezidenti Vladimir Zelenskinin Kremlə hücum hazırlığından xəbəri olduğuna əminlik yoxdur.
Nəşr iddia edir ki, Vaşinqton əvvəlcə dron hücumunun Rusiya hökumətinin “yalançı bayraq əməliyyatı” olduğuna inanırdı, lakin ABŞ prezidenti Co Bayden administrasiyasında daxili danışıqlara müdaxilə etdikdən sonra onlar fikirlərini dəyişiblər.
Şayəstə Hüseynova






