
Ukrayna ordusunun könüllü batalyonu “Azov”un komandirlərindən biri Yaroslav Babiç asılmış vəziyyətdə tapılıb.
Avropa.info xəbər verir ki, bu haqda Ali Radanın deputatı “Azov”un keçmiş döyüşçüsü Dimtri Linko “Facebook” səhifəsində məlumat yayıb:
“Bu gün “Azov” batalyonunun hüquqi şöbəsinin sədri Yaroslav Babiçi asılmış şəkildə tapdıq”.
Qeyd edək ki, ABŞ Konqresi Ukrayna ordusuna yardım və təlim keçmək haqda qanun layihəsi qəbul edərkən, nasist simvolları daşıyan “Azov” batalyonuna yardımın qadağan olunması haqda əlavə dəyişiklik etmişdi.



