Fiço:Ukraynanın NATO-ya qəbulu üçüncü dünya müharibəsinin başlaması deməkdir
Qarşıdan gələn seçkilərdə qalib gəlsə, Kiyevə hərbi dəstəkdən imtina edəcək.
Elchi.az xəbər verir ki, Slovakiyanın keçmiş baş naziri Robert Fiço ölkənin baş naziri postuna mümkün qayıdacağı təqdirdə Kiyevə hərbi yardımdan imtina etməyə hazır olduğunu açıqlayıb.
Fiço qeyd edib ki, bu halda o, Qərbin Rusiyaya qarşı sanksiya siyasətinə veto qoya biləcək.
“Mən sadəcə Qərb ölkələri arasında yaxşı imic naminə Ukraynaya ölümcül silahlar vermək istəmirəm. Bizim öz fikrimizə sahib olmaq hüququmuz var”, – Slovakiyanın Smer partiyasının lideri bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynanın NATO hərbi blokuna daxil olması dünya təhlükəsizliyini təhdid edir və “böyük cəfəngiyatdır”. Fikonun fikrincə, münaqişə tezliklə diplomatiya yolu ilə həll edilməlidir.
Siyasətçi hesab edir ki, “Ukraynanın NATO-ya qəbulu üçüncü dünya müharibəsinin başlaması deməkdir, ona görə də bizim bununla bağlı ciddi problemlərimiz var”.
Şayəstə Hüseynova





