Kuleba: Ukraynanın NATO-ya daxil olması üçün şərtlər məlum deyil.
Elchi.az xəbər verir ki, Qərb ölkələri Ukraynanın Şimali Atlantika Alyansına daxil olması üçün bir sıra şərtlərin yerinə yetirilməsinin zəruriliyində israrlıdır. Bu bəyanatla Ukraynanın xarici işlər naziri Dmitri Kuleba problemin heç kimin tələbləri formalaşdırmaması ilə bağlı olduğunu vurğulayıb.
“Naməlum. Yox. Problem buradadır. Yəni şərtlər nə vaxt yerinə yetiriləcək? Şərtlər nədir? Onları kim formalaşdırmalıdır? Onlar nədir?”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Bir gün əvvəl, iyulun 11-də NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Ukrayna qoşunları döyüş meydanında Rusiyanı məğlub edə bilməsə, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması məsələsi aktuallığını itirəcək.
Şayəstə Hüseynova




