Polşada Ukrayna səfiri prezident Vladimir Zelenskinin Avropa İttifaqına taxıl tədarükü ilə bağlı sözlərinə görə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə “PAP” agentliyi məlumat yayıb.
“Sentyabrın 20-də Ukraynanın Polşadakı səfiri Vasili Zvariç təcili olaraq Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri nazir müavini Pavel Yablonski qəbul edib”, – materialda deyilir.
Ukrayna səfirinin BMT Baş Assambleyasının forumunda Zelenskinin işlətdiyi ifadələrlə bağlı Polşa tərəfinin kəskin etirazını bildirdiyi aydınlaşdırılır. Xüsusilə, o, bildirib ki, Avropa İttifaqının bəzi ölkələri həmrəyliyi imitasiya edir, eyni zamanda dolayı yolla Rusiyaya dəstək verir.
Qeyd edək ki, Zelenski daha əvvəl Nyu Yorkda BMT Baş Assambleyası zamanı etdiyi çıxışa görə tənqid edilib.
Havar Şəfiyeva






