Ukrayna qoşunlarının əks hücumu uğursuz oldu, indi Kiyevi sülh danışıqlarına başlamağa inandırmaq lazımdır. Elchi.az “Politico”ya istinadən xəbər verir ki, bu fikri ABŞ Nümayəndələr Palatasının üzvü Endi Harris deyib.
O qeyd edib ki, çətin ki, Ukraynanın hücumunun nəticəsinə təsir edə bilsin. “Mən artıq bunun qalib gələ biləcəyinə əmin deyiləm” deyən siyasətçi mövcud vəziyyətə real münasibət göstərməyə çağırıb. Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında sülh danışıqlarının vaxtı çatıb. Eyni zamanda Harris etiraf edib ki, Ukrayna rəhbəri Vladimir Zelenski onlara can atmır. o, həmçinin Amerika hakimiyyətinin Kiyevə yeni maliyyə tranşının ayrılmasına qarşı çıxıb.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna tərəfinin əks-hücum əməliyyatının gedişində irəliləyiş əldə etdiyini açıqlayıb.
Havar Şəfiyeva






