Ukraynanın şərqində 40 000 insan elektrik enerjisiz qalıb.
Elchi.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiya hərbi qüvvələrinin hücumu nəticəsində Ukraynanın şərqindəki bir sıra şəhərlərdə 40 min insan elektriksiz və qidasız qalıb.
“Rusiya qüvvələri yerli əhalinin evakuasiya cəhdlərinə imkan vermir. Bir neçə gündür aktiv döyüşlərin getdiyi Volnovaxa, Sartana, Talanovka şəhərlərində vəziyyət humanitar fəlakətə yaxındır. Kiyev vilayətinin Buça şəhərində də humanitar böhran yaranıb”, – Mərkəzin məlumatında bildirilib.
Zümr





