Vinnitsa vilayətində partlayış baş verib, bölgədə hava hücumu xəbərdarlığı elan edilib.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” nəşri Telegram kanalında məlumat yayıb.
“Vinnitsa vilayətində partlayış səsi eşidilib”, – nəşr yazır.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Vinnitsa, Xmelnitski, Çerkassı və Kirovoqrad vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.
Nuranə Məmmədova




