Hər iki tərəf bir sıra şərtləri yerinə yetirərsə, Ukrayna 2030-cu ildə Avropa İttifaqına üzv ola bilər. Elchi.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel “Der Spiegel” qəzetinə müsahibəsində bildirib.
“Hər iki tərəf öz tapşırıqlarını yerinə yetirərsə, Ukrayna 2030-cu ildə Aİ-yə üzv ola bilər”, – deyə o, əlavə edib ki, uğurlu Avropa inteqrasiyası üçün Ukrayna və bütün digər namizədlər korrupsiya ilə mübarizə aparmalı, qanunun aliliyinə hörmət etməlidir və islahatlar həyata keçirməlidir.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı təfərrüatları açıqlayıb və Kiyevin bu məsələ ilə bağlı Brüsseldən müsbət siqnallar aldığını vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın təşkilata üzvlüyü ilə bağlı qərar artıq qəbul edilib.
Havar Şəfiyeva






