İtaliya Ukraynaya səkkizinci hərbi yardım paketini göndərməyə hazırdır, lakin hələlik ölkənin resursları məhduddur. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu İtaliya Müdafiə Nazirliyinin rəhbəri Qido Krosetto deyib.
Müdafiə departamenti rəhbərinin sözlərinə görə, nazirlik öz müdafiə qabiliyyətinin səviyyəsinə təhlükə yaratmadan Ukrayna Silahlı Qüvvələrinə nə verə biləcəyini yoxlamalıdır. “Biz səkkizinci paketi göndərməyə hazırıq. lakin bu, mövcud deyil, çünki materialların siyahısı olmayana qədər, bu, yalnız niyyət bəyannaməsidir”- deyə o bildirib.
Kruzetto əlavə edib ki, İtaliya artıq Ukrayna üçün demək olar ki, hər şeyi edib.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bildirib ki, Ukraynaya səkkizinci hərbi yardım paketi ilin sonuna qədər hazır ola bilər. Onun sözlərinə görə, silahların siyahısına təkcə silahlar deyil, həm də avadanlıqlar, məsələn, gecəgörmə eynəkləri daxil ediləcək.
Havar Şəfiyeva





