ABŞ-ın keçmiş prezidenti Donald Trampın ideoloji təsiri Nümayəndələr Palatasının bir çox respublikaçılarının Ukraynaya yardıma qəti şəkildə qarşı çıxmasına səbəb olub. Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazıb.
Məqalə müəllifi vurğulayır ki, Ukrayna Trampın ABŞ Konqresindəki təsiri səbəbindən köməksiz qala bilər. Aşağı palatadakı respublikaçıların əksəriyyəti hələ də Kiyevə dəstəyi açıq-aşkar düşmən olmasa da, şübhəli hesab edir.
Bundan əlavə, radikal respublikaçıların anti-Ukrayna mövqeyi Kevin Makkartinin məcburi istefasından sonra Nümayəndələr Palatasına yeni spiker seçməsinə mane olur.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ukrayna və İsraildəki münaqişələrə fərqli yanaşmalar açıqlayıb.
Havar Şəfiyeva






