"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu xalqımızın mənəvi sərvətidir

09 May 2023 - 13:58
in GÜNDƏM

Bügünkü qüdrətli və regionun super gücü olan Azərbaycan xalqımızın əvəzolunmaz övladı, adını hər zaman qürurla çəkdiyimiz Heydər Əliyevin qurduğu, bizə miras qoyduğu xoşbəxt bir ölkədir. Xalq, dövlət naminə fədakarlıq mücəssəməsi olan ulu öndər Heydər Əliyev Azərbaycan xalqının rəmzi kimi hər birimizin and yeridir.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu, danılmaz bir həqiqətdir ki, dünyada öz xalqını, Vətənini Heydər Əliyev kimi sevən ikinci lider yoxdur. Eyni zamanda, ümummilli lider Heydər Əliyev qədər mənsub olduğu bütöv bir xalqı tərəfindən sonsuz məhəbbətlə sevilən, əbədiyyət simvolu kimi yaddaşlara həkk olunan digər nümunə yoxdur.

Amerikalı məşhur politoloq Henri Kissincer haqlı olaraq bildirirdi ki, dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilərə olduqca nadir halda rast gəlinir. Sovet hakimiyyətinin ən strateji və geosiyasi məsələlərinin həllində Heydər Əliyev əvəzedilməz bir siyasətçi idi. Politoloq daha sonra qeyd edir ki, müstəqillik illərində bütün maneələrə baxmayaraq, Heydər Əliyev Qafqaz regionu uğrunda gedən böyük siyasi oyunlar mühitində Azərbaycanı regionun ən güclü və aparıcı dövlətinə çevirməyi bacardı. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanda deyil, dünya miqyasında qəbul olunan, həyatı öyrənilən və təqdir olunan təkrarsız bir düha idi. Ona görə iftixarla qeyd etmək olar ki, ulu öndər təkcə azərbaycanlılar, region üçün üçün yox, həm də bəşəriyyət üçün dəyərdir.

Müstəqilliymizin ilk illərində vətəndaşlarımızın qanı, canı bahasına qazanılmış istiqbalımızın, yenicə qurulan dövlətimizin müstəqilliyinin itirilməsinin bir anında xalqın təkidi ilə siyasi səhnəyə qayıdan Azərbaycanın əvəzolunmaz övladı Heydər Əliyevin dəmir iradəsi, xarakteri qarşısında ölkəmizin daxili və xarici düşmləri pərən-pərən oldular. Ölkəni separatizm alovuna bürüyən, vətəndaş müharibəsinə şərait yaradan bu yabançı ünsürlər Heydər Əliyev- xalq birliyi qarşısında məğlub olaraq tarixin arxivinə göndərildi. Beləliklə, Heydər Əliyevin liderliyi altında Azərbaycan sabit və dinamik inkişafa qədəm qoydu. Daxili sabitliyə nail olan Heydər Əliyev əvvəlki iqtidarın səriştəsiz xarici siyasət sistemini dəyişərək Azərbaycanı qlobal münasibətlərin fəal iştirakçısına çevirdi. Heydər Əliyevin böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması ölkəmizi həm siyasi, həm də iqtisadi müstəvidə beynəlxalq münasibətlərin vacib elementinə çevirdi və Azərbaycanı söz sahibi etdi. Bundan əlavə, ölkəmiz nəhəng iqtisadi layihələrin mərkəzi oldu. Ulu öndər təkcə iqtisadi sahədə deyil, həyatın bütün sahələrini diqqətdə saxlamaqla Azərbaycanın uğurlu inkişaf modelini yaratdı. Bunlarla yanaşı, şübhəsiz ki, Heydər Əliyev üçün insan kapitalını inkişaf etdirmək prioritet istiqamət idi.

Ulu öndər istər ittifaq, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə elmin inkişafına, ali məktəblərdə təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasına demək olar ki, bütün şəraiti yarada bilmişdi. Azərbaycan gənclərinin keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması Heydər Əliyevin Azərbaycan xalqı adına fövqəl xidmətlərindən biri idi.
Ona görə də bütün fəaliyyəti boyu hamıya nümunə olan, millətə atalıq borcunu şərəflə yerinə yetirərək ən ali məqama yüksələn Heydər Əliyevin sevgi ünvanı kimi hər bir azərbaycanlının qəlbində xatirələri var. Ədalət və həqiqət meyarı olan Heydər Əliyev yaddaşımda, qəlbimidə əbədiyyətə belə qovuşdu:

Orta məktəbin sonuncu sinfində oxuyurdum. Qısa bir zamandan sonra məzun kimi abituriyent olacaqdım.

Hamı özünün gələcəyi barədə planlar qürur, ixtisas seçimi barədə düşünürdü.
Hüquqşünas olmaq istəyirdim, amma tərəddüd edirdim. Tarix müəllimim hamını bir-bir dinləyəndən sonra mənimlə maraqlandı. İxtisas seçiminə qərar vermədiyimə görə susdum.
Müəllimim isə təkidlə sənədlərimi hüquq fakültəsinə verməyimi istəyirdi. Bildirdim ki, müəllim ailəsindənəm. Məndən başqa ailədə daha iki  bacı və qardaşm ali məktəbdə təhsil alırlar. Abituriyent kimi layiq olsam belə, ora qəbul olunmaq xəyaldır mənim üçün. Çünki o zaman qəbul qaydaları hamıya məlum idi, imtahanların natəmiz və qeyri-şəffaf keçirilməsinin nəticəsi olaraq hüquq fakültəsi yalnız vəzifəli və imkanlı ailələrin övladlarının üzünə açıq idi.

Mənə izah etdilər və başa saldılar ki, respublika rəhbəri Heydər Əliyev inqilabi dəyişikliklər edib, rüşvətin, tapşırığın kökünü kəsərək yeni qaydalar yaradıb. Artıq universitetin hüquq fakültəsinə yalnız  fəhlə, kəndli və həmin kateqoriyadan olan sadə peşə insanlarının övladlarının sənədlərini götürürlər. Bu nəinki mənim, biliyinə güvənən bütün isdedadlı, savadlı abituriyentlər üçün xoş bir xəbər oldu. Atamla məsləhətləşib sənədlərimi hüquq fakültəsinə verdim. İmtahanlardan yüksək nəticə qazanaraq universitetə qəbul oldum. Həmin il hüquq fakültəsinə bilik meyarı əsas götürülərək qəbul olunan bütün tələbələr sadə peşə sahiblərinin övladları idi. Bu dahi azərbaycanlı o vaxtdan mənim kimi bütün gəncliyin sevimlisinə, həyat idealına çevrilmişdi. Heydər Əliyev özü ideal rəhbər olaraq həmişə haqlının yanında idi.

Ulu öndər müstəqil Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə də ənənəsinə sadiq qalaraq xarici ölkələrin nüfuzlu ali məktəblərinə gənclərdən ibarət böyük bir tələbə ordusunu davamlı şəkildə təhsil almaq üçün göndərməklə bu gün inkişaf edən Azərbaycan elminə, ictimai həyatına töhfə vermiş oldu.

Heydər Əliyev fəaliyyəti, xeyirxah əməlləri və ən əsası ədalətli mövqeyi ilə xalqımızın istinad nöqtəsinə çevrilib. Ulu öndər Heydər Əliyev dövlət və siyasi xadim, təkrarsız, o cümlədən əvəzolunmaz bir şəxsiyyət kimi hər zaman qəlbimizdə yaşayacaq. Biz xalqı, Vətəni sevməyi, ədalətli və dürüst olmağı bu dahi insandan öyrəndik. İllər sürətlə keçir, insanlar, fərdlər dəyişir. Amma 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız xalqımızın əziz övladı Heydər Əliyevə olan ümumxalq sevgisi qətiyyən azalmır. Ulu öndər dəyər olaraq xalqımızın sərvəti kimi könül dünyamızın əbədi sakinidir.

Tarix də sübut etdi ki, ümummilli lider Heydər Əliyev ən böyük həyat müəllimimiz oldu. Onun siyasi irsi, şərəfli həyat yolu xalqımızın mənəvi sərvətidir. Bu tarixi şəxsiyyətin müqəddəs adı və imzası qarşısında daim ayağa qalxmaq hər birimizin vətəndaşlıq borcudur!

Ulu öndər Azərbaycanı təmənnasız sevirdi, lider böyüklüyü, ucalıq da elə budur!

Tahirə Əsgərova,
Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şolts-dan Rusiyaya sanksiya mesajı

Next Post

İlan sancması zamanı nə etməli?

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
İlan sancması zamanı nə etməli?

İlan sancması zamanı nə etməli?

Fransada tərk edilmiş heyvanların sayı artıb

Fransada tərk edilmiş heyvanların sayı artıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.