Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat institutu və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli siyasətçi, Ümummilli
Lider Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Ədəbiyyat institutun direktoru, Milli Məclisin Deputatı, akademik İsa Həbibbəyli açıb. Dahi şəxsiyyət H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademik İ.Həbibəyli Müstəqil Azərbaycan Respublikasının dövlətçiliyinin qorunub saxlanmasında Ümumilli Liderin əvəzsiz xidmətlərindən danışıb. “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin istehsalı olan “Mən Azərbaycanlıyam” sənədli filminə baxış olub. Bu filmin layihə rəhbəri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova iqtisadiyyatın istənilən sahələrində, habelə, ordu quruculuğunda H.Əliyevin müstəsna rolundan danışıb. O, bu təşkilata rəhbərlik etməzdən əvvəl də, dahi şəxsiyyətin ideyalarının həyata keçrilməsi üçün əllərindən gələni əsirgəmədiyini qeyd edib. M. Əsədova, Türkiyədə fəaliyyət göstərən TÜRKİYE AZERBAYCAN DOSTLUK DERNEKLERİ FEDERASYONU ilə birgə dekabrın 12-də Ümumilli Liderin anım mərasimini Ankarada qeyd edəcəklərini vurğulayıb. İnstitun məsul əməkdaşı, filologuya üzrə fəlsəfə doktoru, prof., Asif Rüstəmli, İlkin Cabbarlı, Xədicə İsgəndərli, Milli Məclisin eksperti, “Tərəqqi” medalının mükafatçısı İndira xanım Şəmsivarı və başqaları H.Əliyevə olan hörmət və ehtiramlarını qeyd ediblər.
Şamil Sabiroğlu,
Azərbaycan Respublikası “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin icraçı direktoru





