Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), şəbəkələrin bir-biri ilə polislə toqquşması nəticəsində ölkədə artan aclıq və qida çatışmazlığı səbəbiylə Haitidə təxminən 3 milyon uşağın humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, UNİCEF-dən verilən açıqlamada, paytaxt Port-au-Prins və ətrafında yayılan “dəstə zorakılığı”nda uşaqların birbaşa hədəfə alındığı bildirilib.
Açıqlamada uşaqların məktəbə gedərkən öldürüldüyü və ya yaralandığı, qadın və qızların da cinsi zorakılığa məruz qaldığı qeyd edilib.
Fidyə qarşılığında adam oğurluğu və aralarında tələbələr, müəllimlər və səhiyyə işçiləri də daxil olmaqla məktəblərə hücumların artdığı vurğulanan açıqlamada on minlərlə insanın “dəstə zorakılığı” səbəbiylə evlərindən didərgin düşdüyü paylaşılıb.
“Port-au-Prinsin mərkəzində bir çox uşaq və gənc müdafiə üçün və ya ailələrini gəlir və yeməklə təmin etmək üçün silahlı qruplaşmalara qoşulmağa məcbur olduqlarını deyirlər”, – bəyanatda deyilir.
UNİCEF-in məhdud maliyyə imkanlarına baxmayaraq Haitidə fəaliyyətini inkişaf etdirdiyi bildirilən açıqlamada, Haitiyə 246 milyon dollar verilməsi lazım olduğu halda, indiyədək bunun yalnız yüzdə 15-dən azının qarşılandığı vurğulanıb.
Açıqlamada, şəbəkələrin zorakılıq tətbiqləri nəticəsində ölkədə artan aclıq və qida çatışmazlığı səbəbindən Haitidə 3 milyona yaxın uşağın humanitar yardıma ehtiyacı olduğu vurğulanıb.
UNICEF-in Haitidəki nümayəndəsi Bruno Maes deyib: “Bu gün Haitidə uşaq olmaq həmişəkindən daha ciddi və təhlükəlidir. Uşaqların üzləşdiyi təhdidlər və çətinliklər ağlasığmazdır. Uşaqların təcili olaraq müdafiə və dəstəyə ehtiyacı var”. dedi.
Şayəstə Hüseynova






