Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza direktoru Tomas Uayt, minlərlə insanın UNRWA anbarlarına girərək qida və gigiyena ləvazimatlarını götürdüyünü bildirib.
UNRWA-nın Qəzza direktoru Uayt verdiyi açıqlamada: “Minlərlə insan buğda unu və gigiyena ləvazimatları kimi digər zəruri ləvazimatları almaq üçün Qəzza zolağının mərkəzi və cənub bölgələrində UNRWA-nın anbarlarına və paylama mərkəzlərinə daxil olub. Deyr əl-Bələhdəki anbarlardan biri UNRWA-nın Misirdən gələn humanitar yardım karvanlarından gələn ləvazimatları saxladığı yerdir. Bu, üç həftəlik müharibədən və Qəzzanın sıx mühasirəsindən sonra vətəndaş nizamının pisləşməyə başladığının narahatedici əlamətidir. İnsanlar qorxur, qəzəblənir və çarəsizdirlər. “Telefon və internet rabitə xətlərindəki fasilələr gərginliyi və qorxunu daha da artırır.
Şayəstə Hüseynova





