Prezident İlham Əliyevin bazar günü Nazirlər Kabinetinin iclasında süni bahalaşmanı sərt şəkildə tənqid etməsi artıq nəticə verməyə başlayıb.
Avropa.info xəbər verir ki, bu gün Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi qiymətləri süni şəkildə qaldıran şirkətlərə qarşı cinayət işi qaldırıb, artıq həbslər də var.
Əldə etdiyimiz məlumata görə, bu gün bəzi rayonlarda sahibkarlar qiymətləri endiriblər. Devalvasiyadan sonra, süni olaraq 28 manata çatdırılan unun qiyməti Şabran rayonunda bütün satış məntəqələrində 22 manata endirilib.
Qeyd edək ki, devalvasiyadan öncə, Azərbaycanda unun bir kisəsinin qiyməti 18 manat olub. Devalvasiyadan sonra isə qiymətlər fantastik səviyyədə qaldırılaraq 28 manata çatdırılıb.