Birləşmiş Ştatlar Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi vəzifəsinə namizədliyini Kiyevə Britaniyanın müdafiə qurumunun dəstəyinə görə rədd edib. Elchi.az xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən yazır.
Nəşr qeyd edir ki, Uolles bir sıra NATO-ya üzv dövlətlərin sevimlisi idi, lakin Vaşinqtonla münasibətlərdə Ukraynaya dəstəyinə görə gərginlik yaranıb.
Qeyd olunur ki, Ağ Ev Stoltenberqin gedişindən sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin NATO-nun növbəti baş katibi təyin olunmasında israrlıdır.
Havar Şəfiyeva





