Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının (AB) Misir üzərindən Qəzza zolağına humanitar hava dəhlizi açacağını və ilk uçuşların bu həftə həyata keçiriləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada baş tutan Berlin prosesi sammitində Qərbi Balkan ölkələri və Avropa İttifaqı (Aİ) liderləri bir araya gəlib.
Sammitdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Almaniya kansleri Olaf Şolz, Albaniyanın Baş naziri Edi Rama, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Borjana Kristo, Monteneqronun baş naziri Dritan Abazoviç Serbiyanın Baş Naziri Ana Brnabiç, Kosovonun Baş naziri Albin Kurti və Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski iştirak ediblər.
Sammitdə Qərbi Balkan ölkələrinin Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiyanın birləşməsi və ümumi bazara daxil olması prosesləri müzakirə olunub. Qərbi Balkan ölkələrindən birində ilk dəfə təşkil edilən sammitdən sonra proqrama ev sahibliyi edən Albaniyanın baş naziri Rama Avropa Komissiyasının sədri fon der Leyen və Almaniya kansleri Şolzla birgə mətbuat konfransı keçirib.
Von der Leyen çıxışında Aİ islahatlarını sürətləndirməyə çağırıb və deyib: “Keçən il Berlin prosesinin etibarlı əllərdə olduğunu demişdim və mən haqlı idim. Optimizmə baxmayaraq, hələ çox işlər görülməlidir. “Biz Aİ islahatlarını sürətləndirməliyik”,-deyib. İslahatların investisiyalarla müşayiət olunacağını vurğulayan fon der Leyen, Aİ-nin 3 il əvvəl bölgəyə qoyduğu 30 milyard avroluq investisiyanın 16 milyardını bölgəyə yönəltdiyini bildirib.
Qəzzaya humanitar hava dəhlizi açılacaq
Von der Leyen Aİ-nin Misir vasitəsilə Qəzza zolağına humanitar yardım üçün hava dəhlizi açacağını açıqlayıb. Von der leyen, “Qəzzada olan fələstinlilərin humanitar yardıma ehtiyacı var. Onlar HƏMAS-ın barbarlığının bədəlini ödəyə bilməzlər. Bu səbəbdən Misir üzərindən Qəzzaya AB humanitar yardım dəhlizi yaradırıq. “İlk iki uçuş bu həftə həyata keçiriləcək.
Von der leyen bildirib ki, AB Qəzzada mülki şəxslərə dəstək üçün humanitar yardımın həcmini üç dəfə artırmağa qərar verib, 75 milyon avrodan yuxarı.
Serbiyaya qarşı sanksiyalar məsələsi
Von der Leyen sentyabrın 24-də Kosovonun şimalında Banjskada Kosovo polisinin ölümünə səbəb olan hücuma görə Serbiyaya qarşı sanksiyaların tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, Avropa İttifaqı istintaqın yekunlaşmasını gözləyir.Hücumu şiddətlə qınadıqlarını ifadə edən Von der Leyen, “Bu mövzuda bir mövqe ortaya qoymağımız üçün hərtərəfli araşdırma lazımdır. İstintaqın nəticəsini gözləyirik”,-deyib.
Scholz isə Kosovo polisinə edilən hücumu şiddətlə qınadıqlarını ifadə edərək, “Kosovo səlahiyyətlilərindən hadisə ilə bağlı hərtərəfli araşdırma tələb edir və Serbiya səlahiyyətlilərindən əməkdaşlıq tələb edirik. “Qərbi Balkanların dinc inkişafa ehtiyacı var.
Nuranə Məmmədova






