"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“UŞAQ OYUNCAQLARINA 1 MİLYON XƏRCLƏYİB…” – Britaniya KİV-ləri Zamirə Hacıyeva haqda

29 May 2019 - 16:57
in CƏMİYYƏT, MANŞET

Dünən Britaniyanın “The Telegraph” nəşri Beynəlxalq Bankın keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda misli görünməmiş xərclərinin yeni təfərrüatlarını dərc edib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Xatırladaq ki, Zamirə Hacıyeva barəsində Böyük Britaniyada pulların yuyulması ilə mübarizə haqqında yeni qanunun tətbiq edildiyi ilk əcnəbi vətəndaşdır. O, Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (National Crime Agency) tərəfindən qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə qanunu çərçivəsində həbs edilmişdi.

Z.Hacıyevaya vəsaitlərin mənimsənilməsi ilə bağlı iki ittiham irəli sürülüb və sonra o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq müqabilində zaminə buraxıblar. Hazırda Z.Hacıyeva Londondakı evində yaşayır, ona şəhəri tərk etmək qadağan olunub və hər gün polisdə qeydiyyatdan keçməlidir.

Zamirə Hacıyeva, son fotoşəkli

London Yüksək Məhkəməsi Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyinin (National Crime Agency) sorğusu əsasında həmçinin Zamirə Hacıyevaya məxsus olan bəzi əmlaklara həbs qoyub. Bunlar Naytsbricdə yerləşən. qiyməti 15 milyon funt sterlinq olan malikanə, 11 milyon funt sterlinq dəyərində qolf-klub, qiyməti təxminən 50 milyon dollar olan “Gulfstream” təyyarəsi və zinət əşyalarıdır.

Dünən üç loyallıq kartının və Azərbaycan Beynəlxalq Bankının buraxdığı 35 kredit kartının tranzaksiyaları haqqında məlumatlar KİV-lərin əlinə keçib. Bildirildiyinə görə, Cahangir Hacıyevin həyat yoldaşı Londonun məşhur “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.

Bu üzüyü Zamirə xanım 1 milyon 200 min funta alıb

Xərclər arasında “Boucheron” təmtəraqlı zərgərlik əşyalarına xərclənmiş 4 milyon funt sterlinq seçilir. 1,75 milyon funta Hacıyeva saatlar və “Cartier” zərgərlik məmulatları alıb. 1 milyon “Harrods”un oyuncaq satılan bölümündə xərclənib ki, burada hansısa bir alışa 790 min funt verilib. Daha 250 min funt parfümeriya şöbəsində xərclənib.

Hacıyeva dəbli dizayner geyim brendlərinə yüz minlərlə funt sterlinq sərf edib. O cümlədən, 131 300 – “Dennis Basso”dan paltara, 144 000 – “Celine”nin mallarına, 136 000 funt – “Fendi”nin məhsullarına, 143 000 funt – “Christian Dior” brendinə. Qeyd edək ki, bütün bunlar cəmi bir dəfə mağazaya daxil olmaqla alınıb.

“Godiva” şokolad satışı mağazaları şəbəkəsində Hacıyeva 30 min funt sterlinqlik şirniyyat alıb. Daha 2400 funt şəraba və spirtli içkilərə sərf olunub.

Çantanı isə 20 min funta

Bəzi tranzaksiyalar pulların məhz nəyə xərcləndiyini göstərmir. “Harrods”da illik 10 min funtdan artıq xərcləmiş müştərilər üçün mükafatlandırma sxemi mövcuddur. Varlı müştərilər üçün hər sərf olunmuş funt müqabilində 3 bal hesablanır. Toplanmış 500 bal loyallıq kartının sahibinə 5 funt qazandırır. Bu səbəbdən, 16 milyon xərcləyərək, Zamirə Hacıyeva 480 min futnluq bonus əldə edə bilərdi.

“The Telegraph” xatırladır ki, 55 yaşlı Zamirə Hacıyeva ötən il pulların yuyulmasına qarşı “McMafia” adlı yeni qanun qüvvəyə mindikdən sonra Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyinin (National Crime Agency) izlənmə obyektinə çevrilib.

Bu bər-bəzəyə 120 min funt xərclənib

Böyük Britaniya hakimiyyəti bilmək istəyir ki, Cahangir və Zamirə “Harrods”dan piyada bir neçə dəqiqəlik məsafədə olan 11,5 milyon funtluq evi və 10,5 milyon futluq qolf-klubu necə alıblar.

Ev 2009-cu ildə Britaniya Virginiya adlarında qeydiyyatdan keçmiş şirkət tərəfindən alınıb. Hazırda ev 15 milyon funt həcmində qiymətləndirilir. Qolf-klub sövdələşməsi isə 2013-cü ildə Hernsi adasında qeydiyyatdan keçmiş şirkət tərəfindən bağlanıb, lakin müstəntiqlər hesab edirlər ki, hər iki obyekt Hacıyevaya və onun ərinə məxsusdur.

60 min funt da bu gördüyünüzə

Varlı investorlar üçün nəzərdə tutulmuş Britaniya vizasının alınması məqsədilə Hacıyeva İsveçrə bankındakı 1 milyon funtdan artıq hesab təqdim edib. Böyük Britaniya istiqrazlarına o, 1 milyondan artıq vəsait yatırıb.

Sənədlərdə həmçinin İtaliyanın Sardiniya adasındakı 15 milyon funtluq evin. Bakıda 5 milyon funtluq evin və 2 milyon funtluq mənzilin adları çəkilir.

Müstəntiqlər güman edirlər ki, Hacıyevlər cütlüyü “Gulfstream G550” təyyarəsinin alışına 33 milyon funt xərcləyib.

Həmçinin bildirilir ki, ola bilsin, Zamirə Hacıyevaya günlərin birində təcili pul lazım olub və bu səbəbdən o, 2016-cı ildə təxminən 3 milyon funt sterlinq dəyərində zinət əşyalarını satıb.(virtualaz.org)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərbaycan müharibə yolunu seçə bilər” – Sergey Markov

Next Post

Yamülkiləri tanımırıq, ya tülküləri? – Səndən soruşuram, Aslan İsmayılov!

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Yamülkiləri tanımırıq, ya tülküləri? – Səndən soruşuram, Aslan İsmayılov!

Yamülkiləri tanımırıq, ya tülküləri? - Səndən soruşuram, Aslan İsmayılov!

“Şamaxıda vulkan aktivliyini tam dayandırıb”

"Şamaxıda vulkan aktivliyini tam dayandırıb"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.