"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Uşaqlar məcburi şəkildə dini mərasimlərdə iştirak etməməlidirlər — Komitə etiraz etdi

03 Oktyabr 2017 - 19:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Prezident Administrasiyasına təqdim edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşıdır.

Elchi.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən daxil olan məlumatda deyilir.

Məlumatda bildirilib ki, bu məsələ ilə bağlı milli qanunvericilikdə boşluqlar olduğu nəzərə alınaraq, valideyn məsuliyyəti artırılmalı və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir: “Azərbaycan prezidentinin 1 iyun 2016-cı il tarixli, 2074 nömrəli sərəncamına əsasən Komitə tərəfindən “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi uşaqların zərərli informasiyadan qorunması, ölkə ərazisində informasiya məhsullarının yayılması ilə bağlı münasibətləri tənzimləyir. Uşaqların onlara zərər vuran informasiyadan qorunması üçün bu sahəyə dövlət nəzarətinin olması vacibdir. Yuxarıdakıları nəzərə alaraq, qanun layihəsinin qəbul edilməsi, həmçinin kütləvi mərasimlərin təşkili zamanı uşaqların mənafeyinin üstün tutulması prinsipinə riayət olunmasına imkan verəcək. Qanun layihəsi Komitə tərəfindən Prezident Administrasiyasına təqdim edilib. Yaxın vaxtlarda qanun layihəsinin Milli Məclisdə müzakirəsi gözlənilir”.

Məlumatda qeyd olunub ki, son günlər uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı mətbuatda müzakirələr aparılır: “Mətbuatda Dövlət Komitəsinin bu məsələ ilə bağlı məlumatı düzgün şərh edilməyib. Azərbaycan konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının müdafiəsi sistemi çərçivəsində təhsildən yayınma və sağlamlığına zərər vurma hərəkətlərin qarşısının alınması məqsədilə dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Uşaqların sağlamlığa zərər vuran hərəkətlərin edilməsi yolverilməzdir və bu birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır. Həmin maddəyə əsasən uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Əks halda qanun pozuntusu qeydiyyata aldığı andan valideynlər öz hüquqlarında məhdudlaşa və ya ümumiyyətlə, valideyn hüquqları ləğv edilə bilər”.

“Azərbaycan respublikasının ali qanununa, ölkə tərəfindən qoşulan beynəlxalq konvensiyalara əsasən uşaqlara qarşı zorakılıq və ayrı-seçkilik yolverilməzdir. Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə, xüsusilə də yanlış stereotipləri aradan qaldırılması sahəsi üzrə maarifləndirmənin gücləndirməsi istiqamətində iş aparır, risk altında olan ailələri hüquqşünaslarla və psixoloqlarla təmin edir, məktəblərdə və ali təhsil ocaqlarında müvafiq təlim-tədris proqramlarını keçirir. Hazırda Komitənin regional mərkəzləri tərəfindən maarifləndirmə işləri gücləndirilir. Müasir Azərbaycanda uşaqları onların sağlamlığına və inkişafına mənfi təsir edə biləcək kütləvi tədbirlərə cəlb edilməsi yolverilməzdir. Dövlət Komitəsi valideynlərin bu məsələyə məsuliyyətlə yanaşmağa çağırır”, – deyə məlumatda bildirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kamal Abdullayevə Prezident təqaüdü verildi

Next Post

Bu deputatın mandatı əlindən alındı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bu deputatın mandatı əlindən alındı

66 624 abonentin qaz təminatı dayandırılıb - Borca görə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.