"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Uşaqlar üçün təhlükəsiz internet

14 Mart 2019 - 17:12
in CƏMİYYƏT

Ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə 11 – 15 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Kibertəhlükəsizlik həftəsi” keçirilir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Azercell Telekom” MMC-nin də fəal iştirak etdiyi “Kibertəhlükəsizlik Həftəsi” çərçivəsində fərqli qurumların dəstəyilə müxtəlif forum və tədbirlər, müsabiqələr təşkil olunur. Mart ayının 13-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz”mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Forum region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Tədbirdə“Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunub. Hökumət, biznes və diplomatik korpusların səlahiyyətli nümayəndələri, elmi dairələrin və vətəndaş cəmiyyətinin, eləcə də internet ictimaiyyətinin mütəxəssislərinin çıxış etdiyi forumda “Azercell Telekom”MMC-nin Korporativ Ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya “Uşaqlar üçün təhlükəsiz internet” mövzusunda şirkətin həyata keçirdiyi layihələr barədə danışıb. Nigar Şıxlinskaya çıxışı zamanı ölkənin lider mobil operatoru olan Azercell şirkətinin kiber-təhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə həm texniki, həm də Korporativ Sosial Məsuliyyət siyasəti baxımından böyük diqqət ayırdığını bildirib.

Məlumat üçün bidilrək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Daha bir təlim isə martın 11-də Gəncə şəhərində başlayıb. Martın 15-nə qədər davam edəcək təlimdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Burada məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir.

Qeyd edək ki, VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) əsas məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internet tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün ideal platformadı.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya səmasında “Boeing 737 MAX” təyyarələrinin uçuşu qadağan edilib

Next Post

Ermənistan müdafiə nazirinin müavini işdən çıxarılıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ermənistan müdafiə nazirinin müavini işdən çıxarılıb

Ermənistan müdafiə nazirinin müavini işdən çıxarılıb

Polis Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Polis Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.