"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Uşaqlarımı heç kimə qurban verə bilmərəm…”- Eldar

22 Sentyabr 2014 - 12:02
in MƏDƏNİYYƏT, ŞOU

“Eurovision-2011”in qalibi, müğənni Eldar Qasımovun “Qafqazinfo”ya müsahibəsi: 72864

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

– Yeni mövsümdə hansı yenilikləriniz olacaq?

– Yeniliklər çoxdur.  Əsas odur ki, mənim Ukraynada və Avropada yeni işlərim olacaq. Ona görə də Azərbaycanda albom çıxartmağı müvəqqəti təxirə saldım. Lakin azərbaycan dilində olan mahnılar üzərində işləyirəm. “Duman” adlı ikinci sinql işıq üzü görəcək. Bu sinqlda həyatımdan bəhs etmişəm, mahnıda mənim yaşadıqlarım əks olunub. “Duman” ifamda fərqli və qeyri-adi mahnıdır. Bəstə üzərində çox işlədik və gözəl iş ərsəyə gətirdik.

– “Duman”  sinqlında həyatınız əks olunduğunu dediniz. Burada həyatınızda baş verən hansı hadisə təsvir olunub. Sevgi, ayrılıq…

– Mahnı sevgidən bəhs edir. Burada sevginin necə yaranması, insanın keçirdiyi hislər və xatirələr əks olunub.

– Nigar Camalla yeni duet gözlənilirmi?

– Hələ ki, məlum deyil. Həyat uzundur. Yəqin ki, gələcəkdə duet ifa edərik.

– Dilarə Kazımova ilə işbirliyinizin olacağı haqda məlumat vermisiniz? 

– Dilarə ilə işbirliyimiz olacaq.  Dilarə şəxsi işlərini həll etdikdən sonra yeni mahnılar üzərində işləməyə başlayacağıq. Dilarə ailə qurub, onu da təbrik edirəm, xoşbəxt olsun.

– Eldar Qasımovun  toy xəbərini nə vaxt eşidəcəyik?

– Hələ ki, evlənmək istəmirəm. Çünki ailə məni səhnədən, tamaşaçılarımdan, dinləyicilərimdən uzaqlaşdıracaq. Mən onları qoyub gedə  bilmərəm. Ailə quranda məsuliyyət artır.  İndi mənim tamaşaçılarım qarşısında məsuliyyətim var ki, bozbaş mahnılar oxumayım və s. Bunlar bizim estradamızda çoxdur. Mən, mənim komandam və bir neçə sənətçi var ki, bozbaş mahnıları sənət yolu ilə sıxışdırır və sıradan çıxartmaq istəyir. Ailə qurandan sonra məsuliyyətim həyat yoldaşıma, uşaqlarıma, ailə vəziyyətimə doğru yönələcək. Bir neçə il bütün diqqətim ailəmə qarşı olacaq. Uşaqlarımı sənətimə, heç kimə, heç nəyə qurban verə  bilmərəm.

– Sənətdə müəyyən zirvəyə çatdıqdan sonra ailə qurmaq istəyirsiniz?

– Fikirləşmirəm ki, sənətdə hansısa zirvəyə çatacam, sonra ailə quracam. Mən belə şeyləri düşünən adam deyiləm.  İndi desəm ki,  30 yaşımda ailə quracam, sonra burdan  gedəndə yolda başqa maşında bir xanım görüb aşiq olaram, bir aya toy edərəm, bunlar qismətdir. Bunları bilmək olmur.  Heç vaxt sevgi axtarmamışam, istəməmişəm ki, mütləq sevgilim olsun.  Sevgi olanda sevgidən bəhrələnib mahnılar yazacam, sevgi olmasa, tənhalıqdan yazacam.  Uşaqlarım olandan sonra neçə il onlarla məşğul olacam. Uşaqlara sevgi bəsləyərək onlar haqqında mahnılar yazacam.

– İndi həyatınızda sevgi varmı?

– Həyatımda hər zaman sevgi var, hazırda da sevgi var.  Özümü xoşbəxt hiss edirəm. Pul, bahalı maşınlar, villalar adamı xoşbəxt etməyə yetərli deyil.  İnsan öləndə bunları özü ilə aparmır. İnsan ömrünün sonunda başa düşür ki, bunların heç biri sənə lazım deyil. Əgər yanında  səni sevən, ürəkdən dəstək olan insan yoxdursa, deməli, yaşamamısan.

– Məşhurluq həyatınızda nələri dəyişdi?

– Çox şeyləri dəyişdi. Məsəl üçün  burada eynəksiz otura bilmirəm. Gözlər qəlbin aynasıdır.  İstəmirəm ki, insanlar gözlərim vasitəsilə qəlbimdəki hisləri bilsin.

– Qəlbinizdə hazırda hansı hislər var?

– İndi işlərimi, həyatımı, valideynlərimi, dostlarımı  fikirləşirəm. Çoxlu qarışıq hislər keçirirəm. Mənim həyatım tamaşaçılarıma açıqdır.Heç vaxt tamaşaçılarımdan, mediadan həyatımı gizlətməmişəm.  Bəzi şeyləri isə paylaşmamağa haqqım var.

– Xasiyyətinizdə nələr dəyişdi?

–   Məşhur olduqdan sonra daha tələbkar və vasvası olmuşam. Daim axtarışdayam. İstəyirəm mənimlə çalışan insanlar məsuliyyətli olsunlar. Bu çox vacibdir. Şükür edirəm ki, mənimlə çalışan insanlar məsuliyyətlidir və mənim standartlarıma cavab verirlər. Standartlarım tez-tez dəyişir. Həftəsonları mütləq mənim üçün bayram olmalıdır.  Dostlarla dincəlməliyik. Daha çox gəzirəm, başqa mədəniyyətləri mənimsəyirəm, yaxşı şeyləri özümə götürürəm.  Özümü bunlarla tərbiyə edirəm.

– Azərbaycan estradasında kimləri  dinləyirsiniz?

– Çox musiqiçilərimizi dinləyirəm. Röya, Tünzalə, Çingiz Mustafayev,  Lalə Məmmədovanı dinləyirəm. Flora Kərimovanın axırıncı “Mənim-mənim” mahnısını çox bəyənirəm. Birini deyib, digərini unutsam, məndən inciyərlər. İndi yadıma düşmür.

–  Geyimlərinizdən danışaq.  Aksessuar, geyim seçərkən nələrə diqqət edirsiniz?

– Mənim üçün geyimin adi və  brend olmasının önəmi yoxdur. Nə yaraşsa, onu geyinirəm. Brend geyimlər satılan mağazalara gedirəm, lakin orada ürəyimcə geyim seçə bilmirəm.  Özümü rahat hiss etdiyim geyimlərə üstünlük verirəm.  Bəyəndiyim geyimləri tikdirirəm.

Könül

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada separatçılarından yeni anons

Next Post

Terrorçunun başına 10 milyon qoyuldu

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Terrorçunun başına 10 milyon qoyuldu

“Azərbaycan İŞİD-ə qarşı koalisiyaya qoşula bilər”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.