Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 30 yaşlarında siqareti tərgitmiş insanların ömrünün siqaret çəkməyə davam edənlərlə müqayisədə təxminən 10 il artdığını, qan dövranının isə təxminən 2-12 həftə ərzində yaxşılaşdığını bildirib.
Elchi.az xəbər verir ki, dünyada 1,3 milyard tütün məmulatı istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Tütün məmulatlarından istifadə edənlərin təxminən yarısı tütünlə əlaqəli xəstəliklər səbəbindən gözləniləndən tez ölür.
Hər il tütün istifadəsi səbəbindən həyatını itirən 8 milyondan çox insanın təxminən 1,3 milyonu tütün tüstüsünü istifadə etməsələr də, tütün tüstüsünün təsirinə məruz qalanlardır.
Təxminən 700 milyon uşaq tütün tüstüsündən əziyyət çəkir. Hər il 65 000 uşaq passiv təsir nəticəsində yaranan tənəffüs yollarının infeksiyaları səbəbindən 5 yaşına çatmamış ölür.
Şayəstə Hüseynova




