Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında, 6 fevral 2023-cü ildə baş verən Kahramanmaraş mərkəzli zəlzələlərin son zamanlar bölgənin ən böyük fəlakətlərindən biri olduğu vurğulanıb.
Elchi.az xəbər verir ki, ÜST Türkiyənin 11 əyalətində və Suriyanın bir hissəsində baş verən zəlzələlərin ildönümü ilə əlaqədar yazılı açıqlama verib.
“Türkiyənin cənubunda və Suriyanın şimalında baş verən və Türkiyədə 50 min, Suriyada isə 5 min 900 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən bir il keçir”. Açıqlamada on minlərlə insanın yaralandığı, minlərlə evin, xəstəxananın və ictimai binanın zərər gördüyü və ya dağıldığı xatırladılıb.
“Bu, son vaxtlar regionda baş vermiş ən böyük fəlakətlərdən biri idi”, – deyə məlumatda bildirilir.
Açıqlamada ÜST-nin bu prosesdə Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə səhiyyə sahəsində dəstək verdiyi də vurğulanıb.
Nuranə Məmmədova






