"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ÜST-nin mütəxəssisləri Azərbaycanda səfərdədir – FOTO

21 Fevral 2022 - 18:27
in CƏMİYYƏT

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

ÜST-nin Azərbaycan nümayəndəliyindən Elchi.az-a bildirilib ki, səfər çərçivəsində yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra görüşlər təşkil ediləcək. Görüşlərdə ÜST-nin Avropa üzrə Regional Ofisinin ekspertlərinin missiyası çərçivəsində Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə dair müzakirələrin keçirilməsi planlaşdırılır.

Bu gün COVID-19 vaksinasiya kampaniyasının nəzərdən keçirilməsi və Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə uyğun olaraq, Azərbaycanda müntəzəm immunizasiya tədbirlərinin planlaşdırılmasına dəstək məqsədilə beynəlxalq tərəfdaşlarla görüş keçirilib. Tədbir zamanı ÜST-nin Avropa üzrə Regional Ofisinin nümayəndələri, peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma üzrə ekspert və proqram meneceri Siddhartha Sankar Datta və peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma, analiz və monitorinq üzrə ekspert və qrup rəhbəri Roberta Pastore Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi üçün immunizasiyaya yatırılan sərmayələrin əhəmiyyəti və ÜST Avropanın İmmunlaşdırma Gündəliyinə dair planları haqqında məlumat təqdim edibər. Bununla yanaşı, görüş zamanı “Heç kəs kənarda qalmasın” şüarı çərçivəsində davamlı immunizasiya sistemləri ilə bağlı müzakirələr aparılıb. Görüş iştirakçıları əməkdaşlıq və Səhiyyə Nazirliyinə mövcud dəstəyin genişləndirilməsi, BMT agentlikləri, Aİ, Asiya İnkişaf Bankı (AİB), Dünya Bankı, beynəlxalq təşkilatların rolu və digər məsələlərə toxunublar.

Üç günlük missiya çərçivəsində Avropa üzrə Regional Ofisin ekspertləri və ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı yerli səhiyyə qurumları – Səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov və digər rəsmilərlə görüşlər keçirərək COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya məsələləri ilə bağlı cari vəziyyəti, habelə gələcək planları və perspektivləri müzakirə edəcəklər.

ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri COVID-19 vaksinasiyası və müntəzəm immunizasiya çərçivəsində əraziyə birgünlük səfər planlaşdırırlar. Missiyanın üçüncü günündə ÜST Azərbaycan yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə “Fəaliyyət üçün məlumat” adı altında sessiya keçirəcəkdir. Tədbirin əsas məqsədi effektiv strategiyaların işlənib-hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmağın əhəmiyyətini müzakirə etməkdir.

Avropa İmmunlaşdırma Gündəliyi 2030 (EIA2030) növbəti onillikdə ÜST-nin Avropa bölgəsində vaksinasiyadan tam faydalanma məqsədi daşıyan baxış və strategiyasıdır.

Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb.

Bu layihə Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

ÜST-nin mütəxəssisləri Azərbaycanda səfərdədir - FOTO
ÜST-nin mütəxəssisləri Azərbaycanda səfərdədir - FOTO
ÜST-nin mütəxəssisləri Azərbaycanda səfərdədir - FOTO
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda son sutkada 236 nəfər koronavirusdan ölüb

Next Post

Fevralda havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olub

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Fevralda havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olub

Fevralda havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olub

Lavrov: “Türkiyə-Ermənistan dialoqu Cənubi Qafqazda vəziyyətin normallaşmasına kömək edir”

Lavrov Ukrayna ilə görüşlərin keçirilməsinə qarşı olmadıqlarını deyib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.